7,8 min şəxsə ilkin, 8,8 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında 16,6 min şəxsə əlillik təyin edilib.
Nazirlikdən AYNA-ya bildirilib ki, onlardan 7,8 mininə ilkin, 8,8 mininə isə təkrar əlillik təyinatı aparılıb.
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisələrinin e-sistemə daxil etdiyi göndərişlər əsasında aparılır. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.