3 ev və 10 təsərrüfata zərər dəyib
Avqustda baş verən yanğınlar nəticəsində 3 ev və 10 təsərrüfata zərər dəyib.
AYNA xəbər verir ki, bu sözləri fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Azərbaycan ərazisində baş verən yanğınlarla bağlı keçirilən mətbuat konfransında qeyd edib.
Etibar Mirzəyev bildirib ki, müvafiq qurumlar tərəfindən insanlara dəyən ziyanı müəyyənləşdirmək istiqamətində hesablamalar aparılır.
“Yanğının əsas təhlükəsi Şabran-Siyəzən istiqamətində neft quyularına doğru hərəkət etməsi idi. Biz bununla bağlı SOCAR-la danışdıq və yanğının neft quyularına doğru irəliləməsinin qarşısını almaq mümkün oldu”.