Çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib
Xocavənddə üç tondan çox çətənə bitkisi aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Xocavənd kəndi ərazisində yabanı halda bitən, çəkisi 3 ton 200 kiloqram olan çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.