Xocavənddə silah-sursat aşkarlanıb - VİDEO

Xəbərlər

20.10.2021 - 12:28

Azad edilmiş ərazilərində düşmənin qoyub qaçdığı mövqelərdən döyüş sursatları aşkar edilib

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində düşmənin qoyub qaçdığı mövqelərdən döyüş sursatları aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, ermənilərin ataraq qaçdığı iki “Strela-3” daşınan zenit-raket kompleksi, iki “Foqot”, bir “AQS-17” qurğusu, dörd qumbaraatan, dörd avtomat, bir tank əleyhinə mina, 16 əl qumbarası, 16 partladıcı vasitə, dörd avtomat darağı və 1 400 müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az