Xocavənd, Füzuli və Cəbrayılda 8 min hektara yaxın ərazi yanıb

Xəbərlər

25.07.2022 - 15:03

cedabet dərman SEO Xidməti

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Xocavənd, Füzuli və Cəbrayılda ötən həftə baş verən yanğınlarda zərər görən ərazinin miqyası barədə məlumat yayıb.

AYNA-nın məlumatına görə, FHN-dən bildirilib ki, ötən həftə Xocavənd və Füzuli rayonları ərazisində və Cəbrayıl rayonu istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazilərdə yanğınlar baş verib, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar söndürülərək daha geniş sahəyə yayılmasına imkan verilməyib, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğınlardan mühafizə olunub: "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərkosmos” tərəfindən təqdim edilmiş görüntülərə əsasən, yanğınlar nəticəsində ümumilikdə 7790 hektar sahədə kol-kos və otlaq ərazilər yanıb”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş