Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb
Xızıda ev yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, rayonun Giləzi qəsəbəsində bir dam altında tikilən iki ailənin yaşadığı birmərtəbəli evlərdən ümumi sahəsi 70 kvadratmetr olan iki otaq və eyvandan ibarət evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 62 kvadratmetr olan üç otaqlı evin dam örtüyünün yanar konstuksiyaları yanıb.
Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.