Xırdalanda 15 min manatlıq geyim əşyaları oğurlanıb

Xəbərlər

14.01.2025 - 23:26

Həkimlər Klinikalar SEO Xidməti

Oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb

Abşeron rayonu Xırdalan şəhəri ərazisindəki yarmarkadan 15000 manat dəyərində geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən N.Quliyev müəyyən olunaraq saxlanılıb.

Həmçinin, Nizami rayonu B.Nuriyev küçəsindəki evlərin birinin dəhlizindən 450 manat dəyərində velosiped, Suraxanı rayonunda yerləşən mənzildən isə 2300 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Z.Məmmədşərifov və Ş.Səttarov da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Hər üç faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş