Xarici İşlər Nazirliyi Qurban bayramı ilə bağlı paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qurban bayramı münasibətilə xalqımızı və bütün müsəlmanları təbrik edib.
AYNA xəbər verir ki, bu barədə XİN-in "Twitter" hesabında paylaşım edilib.
"Müqəddəs Qurban bayramı münasibətilə xalqımızı və bütün müsəlmanları təbrik edir, əmin-amanlıq, ruzi-bərəkət və can sağlığı arzu edirik!
Qurban bayramımız mübarək!", - deyə paylaşımda deyilir.