“Fransada AzTV-nin jurnalistlərinə hücum edənlərin cəzalandırılacağını gözləyirik”
“Fransada AzTV-nin azərbaycanlı jurnalistlərinə edilən hücumu qətiyyətlə pisləyirik”. AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda qeyd edilib.
“Jurnalistlərə qarşı törədilən bu xain hücumun qısa müddət ərzində Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, cinayətkarların müəyyən edilərək cəzalandırılacağını gözləyirik”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar.