XİN: “Azərbaycan antiterror tədbirləri keçirməyə məcbur oldu”

Siyasət

20.09.2023 - 17:53

Nazirlik diplomatik korpus üçün brifinq keçirib

“Azərbaycan lokal antiterror tədbirləri keçirməyə məcbur oldu”.

AYNA xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Fariz Rzayav bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistan vaxt qazanmağa çalışır: “Üç ilə yaxındır Ermənistan vaxt qazanmağa çalışır. Ona görə də antiterror tədbirlərinə məcbur olduq”.

Müəllif: Ayna.az