“Xəyal”ın sahibi 4 min manat cərimələnib

Xəbərlər

03.02.2022 - 18:49

Həkimlər Klinikalar SEO Xidməti

Şadlıq sarayında karantin qayda və tələblərinin pozulması halları müəyyən edilib

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Xəyal” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən edilib. 

Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 min manat məbləğində cərimə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş