Xətaidə avtomobil sexində yanğın olub

Hadisə

30.06.2024 - 18:49

Həkimlər Klinikalar SEO Xidməti

Sexin qalan hissəsi yanğından mühafizə olunub

Xətai rayonunda avtomobil sexində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 15 m² olan avtomobil rəngləmə sexinin ondulindən ibarət dam örtüyünün yanar konstruksiyaları, içərisinə yığılan ehtiyat hissələri qismən, 1 ədəd su sayğacı və 1 ədəd elektrik açarı yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az