Vilayətdə Ukrayna qrivnası ilə yanaşı, Rusiya rublu da dövriyyədə olacaq
Ukraynanın işğal altında olan Xerson vilayətində Rusiya bankının ilk filialı açılacaq. AYNA xəbər verir ki, bu barədə vilayətin hərbi-mülki administrasiyasının rəhbəri Vladimir Saldo "Telegram" kanalında bildirib.
O, deyib ki, bütün sahibkarlar Rusiya bankında hesab açmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, bu gündən etibarən Xersonda ikili valyuta zonası tətbiq edilib. Bundan sonra vilayətdə Ukrayna qrivnası ilə yanaşı, Rusiya rublu da dövriyyədə olacaq.