Xarici İşlər Nazirliyində iclas keçirilib

Xəbərlər

11.02.2022 - 17:46

Həkimlər Klinikalar SEO Xidməti

Kollegiya iclası Ceyhun Bayramovun sədrliyi ilə baş tutub

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə Xarici İşlər Nazirliyinin (XİN) kollegiya iclası keçirilib.

Nazirliyin Mətbuat Xidməti İdarəsindən AYNA-ya verilən məlumata görə, iclasda kollegiya üzvləri xarici işlər nazirinin müavinləri, ADA Universitetinin rektoru, XİN-in Hüquqi Təminat İdarəsinin rəisi və Naxçıvan İdarəsinin rəisi iştirak ediblər.

İclasda Azərbaycan Respublikasının xarici siyasətinin hazırkı durumu və inkişaf istiqamətləri, xarici dövlətlərlə ikitərəfli münasibətlər, o cümlədən cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı tədbirlərin təşkili, beynəlxalq təşkilatlarla əlaqələr, ölkəmizin Qoşulmama Hərəkatında, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi, eləcə də kadr məsələləri və digər mövzular müzakirə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş