Xankəndidə ilk cərrahi əməliyyat icra olunub

Xəbərlər

22.10.2023 - 19:59

cedabet dərman SEO Xidməti

Pasiyentə kəskin appendisit diaqnozu qoyulub və əməliyyat olunmasına qərar verilib

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində ilk cərrahi əməliyyat icra olunub. AYNA xəbər verir ki, 1999-cu il təvəllüdlü Azərbaycan vətəndaşı 18 oktyabr 2023-cü il tarixində saat 14:10 radələrində qarın boşluğunda kəskin ağrılar, ürəkbulanma, halsızlıq şikayətləri ilə Xankəndi şəhərindəki tibb müəssisəsinə müraciət edib.

Həkimlər tərəfindən zəruri müayinələr aparılıb, pasiyentə kəskin appendisit diaqnozu qoyulub və əməliyyat olunmasına qərar verilib.

Onun üzərində appendektomiya əməliyyatı uğurla icra olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən polis orqanının əməkdaşı olan Tağızadə Atatürk Səlim oğlu ambulator müalicə üçün artıq evə buraxılıb.

Əməliyyat həkim-anestezioloq-reanimatoloq Ramin Əhmədovun, tibb bacıları Aynur Mustafayeva və Gülsüm Həsənovanın, tibb qardaşı Arzuman Məmmədovun müvafiq yardımları ilə həkim-cərrah Vəli Xəlilov tərəfindən həyata keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş