Xankəndi Şəhər Prokurorluğu yaradılıb

Xəbərlər

04.05.2024 - 17:41

Prezident İlham Əliyev Sərəncam imzalayıb

Xankəndi Şəhər Prokurorluğu yaradılıb. AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Müəllif: Ayna.az