Kişiyə 3 bıçaq xəsarəti yetirilib
Bakıda restoranda kişi bıçaqlanıb. AYNA-nın "Report"a istinadən xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, Telnov küçəsində yerləşən "Xan Çinar" restoranında qeydə alınıb.
Belə ki, istintaqa məlum olmayan adlı şəxs Orucov Turan Firdovsi oğluna 3 bıçaq xəsarəti yetirib və hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanıb.