Xamenei Pezeşkianı İran Prezidenti kimi təsdiqləyib

Dünya

28.07.2024 - 18:23

cedabet dərman SEO Xidməti

Xamenei daha sonra Pezeşkiyanın İran İslam Respublikasının 9-cu Prezidenti elan edilməsi haqqında fərman verib

İran İslam Respublikasının lideri Ayətullah Seyid Əli Xamenei bazar günü Məsud Pezeşkianı yeni prezident kimi rəsmi olaraq təsdiqləyib. AYNA “Mehr” agentliyinə istinadən bildirir ki, mərasimin əvvəlində İranın daxili işlər naziri Əhməd Vəhidi növbədənkənar prezident seçkilərinin necə keçirildiyi barədə rəsmi hesabat təqdim edib və İran xalqına , idarə əməkdaşlarına seçkini uğurlu keçirmələrinə görə təşəkkür edib.

Xamenei daha sonra Pezeşkiyanın İran İslam Respublikasının 9-cu Prezidenti elan edilməsi haqqında fərman verib.

Qeyd edək ki, Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da İran parlamentdə olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş