Xaçmazda tapılan meyitin kimliyi bilinib

Xəbərlər

03.11.2023 - 21:17

cedabet dərman SEO Xidməti

Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib

Bu gün Xaçmaz şəhərində evlərdən birində tapılan meyitin kimliyi məlum olub.

AYNA-nın "Report"a istinadən məlumatına görə, 1966-cı il təvəllüdlü Hacıyev Rasim Kərim oğlunun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti şəhərin Ramil Sadıqov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş