Qadının bir neçə gün öncə öldüyü ehtimal olunur
Xaçmazda evdən qadın meyiti tapılıb. AYNA-nın "Report"a istinadən məlumatına görə, Şirinbalayeva Mafizə Gülmalı qızının meyiti şəhərin Asif Cəbrayılov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.
İlkin məlumata görə, o, bir neçə gün öncə ölüb. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.