“X” Xameneyinin ivrit dilindəki səhifəsini bloklayıb

Dünya

28.10.2024 - 11:27

cedabet dərman SEO Xidməti

“Hesabın fəaliyyəti dayandırılıb. “X” qaydalarımızı pozan hesabları dayandırır”

İranın Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin “X” sosial şəbəkəsindəki ivritcə səhifəsi bloklanıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

“Hesabın fəaliyyəti dayandırılıb. “X” qaydalarımızı pozan hesabları dayandırır”, deyə səhifəni açmaq istəyərkən göndərilən mesajda qeyd edilib.

Xameneyinin “X” şəbəkəsindəki digər dillərdə olan səhifələri isə işləkdir.

Qeyd edək ki, hesabın bloklanması Xameneyinin “İsrailin İranla bağlı etdiyi səhvə” işarə etdiyi mesajının dərcindən sonra olub.

Həmin mesajda dini lider yazıdrı: "Biz ona İran xalqının gücünü, bacarığını, təşəbbüsünü və iradəsini başa düşməyə məcbur edəcəyik".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş