Vilyam Hacıyevin məhkəməsi təxirə salınıb

Xəbərlər

08.07.2022 - 15:47

Həkimlər Klinikalar SEO Xidməti

Proses iyulun 15-də davam etdiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AYNA xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hakim V.Hacıyevin vəkilinin prosesə gəlmədiyini bildirib.

Proses iyulun 15-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş