Vilayət Eyvazov Qusarda qəbul keçirəcək

Xəbərlər

27.07.2023 - 17:31

cedabet dərman SEO Xidməti

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il avqust ayının 10-da Qusar Rayon Polis Şöbəsinin inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərinin qəbulu keçiriləcək. AYNA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Qeyd olunub ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 09.08.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş