Vilayət Eyvazov Qubada vətəndaşlarla görüşəcək

Xəbərlər

03.05.2022 - 15:24

Həkimlər Klinikalar SEO Xidməti

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il may ayının 27-də Quba Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı mayın 26-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in “mia.gov.az” internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş