Vens: “ABŞ-ın Hörmüz boğazından çıxması benzini bahalaşdıra bilər”

Dünya

19.10.2026 - 14:57

“Amerika ordusunun hərəkətləri sayəsində gəmilər Hörmüz boğazından keçməyə davam edir”

“ABŞ ordusu Hörmüz boğazını tərk edib İrana gəmiçiliyə nəzarət etməyə icazə verərsə, ABŞ-da benzin qiymətləri əhəmiyyətli dərəcədə arta bilər”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Cey.Di.Vens deyib.

"Əslində əgər biz sadəcə uzaqlaşıb Hörmüz boğazından keçən gəmiçiliyi iranlıların idarə etməsinə icazə versək, bu, benzinə daha çox pul ödəməli olacağınız anlamına gələr", - deyə o, bildirib.

Vens deyib ki, ABŞ görünməmiş bir vəziyyətlə üzləşir, çünki o, dünyanın ən böyük terrorizm sponsoru adlandırdığı İran qlobal enerji təchizatını effektiv şəkildə kəsməyə çalışır.

Vitse-prezident həmçinin vurğulayıb ki, “Amerika ordusunun hərəkətləri sayəsində gəmilər Hörmüz boğazından keçməyə davam edir və bu da Yaxın Şərqdən neft ixracını təmin edir”.

Eyni zamanda, Vens münaqişə bitdikdən sonra ABŞ-da benzin qiymətlərinin düşməyə başlayacağına əminliyini ifadə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş