Vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

19.07.2021 - 18:49

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir 

 

Azərbaycanda bu gün 483 nəfər vaksinasiya olunub. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 302 nəfər təşkil edib.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 357 839, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 581 000, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 776 839 nəfər təşkil edir.

Müəllif: Ayna.az