Güzəştli mənzillərin seçimi başa çatıb

Cəmiyyət

16.10.2019 - 16:51

Ümumilikdə 570 mənzilin həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesi yekunlaşıb

 

Yasamal Yaşayış Kompleksinin (YYK) 10-13 saylı binaları üzrə 10 mənzilin, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə 16 oktyabr 2019-cu il tarixində, saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

 

Bu barədə AYNA-ya Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, satışa çıxarılan 570 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə, bərabər şəraitdə, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib: ““Güzəştli mənzil” sistemində elektron kabinet əldə edən şəxslərin sayı 12 724 nəfərdir. Bugünkü satış zamanı 570 mənzilin seçimində iştirak edənlərin sayı 3 807 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 570 mənzilin 550-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib”.

Ayna.az