ÜST rəsmisi: “Biz yenidən xəstəliyin episentrindəyik”

Dünya

04.11.2021 - 17:45

“Avropa regionunun 53 ölkəsində koronavirusun hazırkı yayılma templəri böyük narahatlıq doğurur”

Avropa regionunun 53 dövlətində COVID-19 infeksiyasının yayılma tempi Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) ciddi narahatlığa səbəb olub. AYNA TASS-a istinadən bildirir ki, bu barədə ÜST-nin Avropa bürosunun direktoru Hans Kluqe deyib.

“Avropa regionunun 53 ölkəsində koronavirusun hazırkı yayılma templəri böyük narahatlıq doğurur. COVID-19 infeksiyasına yoluxma halları rekord səviyyəyə çatır. Avropada və Mərkəzi Asiyada “delta” variantı dominantlıq edir”, - deyə Kluqe bildirib.

ÜST rəsmisinin sözlərinə görə, ötən həftə Avropa və Mərkəzi Asiyada 1,8 milyon yoluxma və 24 min ölüm faktı qeydə alınıb ki, bu da öncəki yeddi günlə müqayisədə müvafiq olaraq 6 faiz və 12 faiz çoxdur: “Avropada son dörd həftə ərzində COVID-19 infeksiyasına yoluxma hallarının sayı 55 faizdən çox artıb. Ötən həftə dünyada yoluxma hallarının 59 faizi, ölüm hallarının isə 48 faizi Avropa regionunun payına düşüb. Ümumilikdə isə Avropada yoluxma hallarının sayı Cənub-Şərqi Asiya, Şərqi Aralıq dənizi, Qərbi Sakit Okean və Afrikadakı yoluxma hallarının ümumi sayından daha çoxdur (78 milyon). “Biz yenidən xəstəliyin episentrindəyik”.

Müəllif: Ayna.az