Nabarro: “Avropa ölkələri birinci dalğanı nəzarətə aldıqdan sonra ikinci dalğanın qarşısını ala bilməyib”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi Devid Nabarro 2021-ci ildə Avropada COVID-19 pandemiyasının üçüncü dalğasının baş verə biləcəyi barədə xəbərdarlıq edib.
AYNA-nın xarici xarici mediaya istinadən xəbərinə görə, Nabarro deyib ki, Avropa ölkələri birinci dalğanı nəzarətə aldıqdan sonra ikinci dalğanın qarşısını ala bilməyib: “Onlar yay aylarında zəruri infrastrukturu qurmaq imkanını əldən verdilər”.
“İndi ikinci dalğa baş verir. Əgər onlar lazımi strukturu indi qurmasalar, onlarda gələn ilin əvvəlində üçüncü dalğa olacaq”, - deyə D.Nabarro bildirib.