ÜST: Dünyada COVID-19-a yoluxma artır

Dünya

13.07.2021 - 04:29

Həkimlər Klinikalar SEO Xidməti

Qebreyesus Cenevrədə keçirilən brifinqdə çıxış edib 

 

“Dünyada dördüncü həftədir COVID-19-a yoluxmada artım qeydə alınır”.

 

AYNA xarici mətbuata istinadən xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.

 

Onun sözlərinə görə, 10 həftədən sonra koronavirusdan ölüm sayı da artıb: "Keçən həftə dünyada COVID-19 xəstələrinin sayında artım olduğu dördüncü həftə idi. Bu artım ÜST-ün altı bölgəsində də qeydə alınıb. 10 həftəlik azalmadan sonra ölüm də artıb".

 

ÜST rəhbəri əlavə edib ki, pandemiya ilə əlaqəli epidemioloji vəziyyət ağırlaşır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş