Fadela Şaib: "Vaksinin əlçatanlığını artırmaq lazımdır"
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı vaksinlərin məcburiliyi ilə bağlı məsələyə münasibətini bildirib.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, ÜST-ün rəsmi nümayəndəsi Fadela Şaib təşkilatın vaksini hər kəs üçün əlçatan etməyi tövsiyə etdiyini bildirib. F.Şaib qeyd edib ki, ölkələr vaksini mütləq olaraq tətbiq edib- etməməyə özləri qərar verməlidir.
“ÜST öz tərəfindən hesab edir ki, insanlar, xüsusən də vaksinə ilk növbədə ehtiyac duyan insanlar üçün vaksinin əlçatanlığını artırmaq lazımdır”, - deyə vurğulanıb.
Bununla yanaşı, Şaib vaksini koronavirus infeksiyasının yayılmasına qarşı effektiv vasitə adlandırıb.