ÜST-dən pandemiya ilə bağlı son statistika

Dünya

01.04.2021 - 01:26

Koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir 

 

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 509 mindən çox artıb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

 

Məlumata əsasən, ötən sutka ərzində 509 746 nəfər yeni koronavirusa yoluxub, 8 855 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 127 877 462, ölənlərin isə 2 796 561 nəfərə çatıb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Müəllif: Ayna.az