COVID-19-a yoluxanların sayı artmaqda davam edir
Dünyada COVID-19-a yoluxanların sayı 165,15 milyon nəfəri ötüb.
AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 165 158 285 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 3 425 017 insan ölüb.
Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 620 434 nəfər təşkil edib. Son sutkada mülaicə alan daha 12 786 pasiyent təhlükəli infeksiyadan ölüb.