ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

Dünya

13.01.2021 - 05:33

Yoluxanların ümumi sayı 89 707 115, ölənlərin isə 1 940 352 nəfərə çatıb

 

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 566 mindən çox artıb.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

 

Məlumata əsasən, ötən sutka ərzində 566 186 nəfər yeni koronavirusa yoluxub, 9 371 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 89 707 115, ölənlərin isə 1 940 352 nəfərə çatıb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar