Umaru Sisoku Embalonun Bakıda rəsmi qarşılanma mərasimi olub

Xəbərlər

27.02.2025 - 15:43

Həkimlər Klinikalar SEO Xidməti

Prezident İlham Əliyev Qvineya-Bisau Prezidentini qarşılayıb

Azərbaycanda rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

AYNA.AZ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau Prezidentinə raport verib.

Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçiblər.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Umaru Sisoku Embalonun Bakıda rəsmi qarşılanma mərasimi olub Umaru Sisoku Embalonun Bakıda rəsmi qarşılanma mərasimi olub Umaru Sisoku Embalonun Bakıda rəsmi qarşılanma mərasimi olub
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş