Ukraynanın Qırğızıstan və Gürcüstandakı səfirləri geri çağırılıb

Xəbərlər

01.03.2022 - 16:56

Həkimlər Klinikalar SEO Xidməti

Zelenski bu ölkələrin mövqeyini "əxlaqsız mövqe" adlandırıb

Prezidenti Volodimir Zelenski Ukraynanın Qırğızıstan və Gürcüstandakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb. AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu barədə Zelenski xalqa müraciətində bildirib. 

Prezident bu ölkələrin Rusiyanın Ukraynaya təcavüzü və Rusiyaya qarşı sanksiyalarla bağlı "əxlaqsız mövqe" tutduqlarını deyib: "Diplomatlarımız hazırda sözünü və beynəlxalq hüququ dəyişən dövlətlərlə bağlı mühüm və mütləq zəruri qərarlar icra edirlər. Biz Ukraynaya qarşı təcavüzə haqq qazandıran Qırğızıstandan səfiri məsləhətləşmələr üçün geri çağırırıq. Gürcüstan bizə kömək istəyən könüllülərə maneələr yaratdığına, sanksiyalara qarşı əxlaqsız mövqe nümayiş etdirdiyinə görə, oradakı səfirimizi də geri çağırmışıq".

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş