Ukraynanın daha 4 yaşayış məntəqəsinə “qəhrəman şəhər” fəxri adı verilib

Dünya

25.03.2022 - 10:57

Həkimlər Klinikalar SEO Xidməti

Volodimir Zelenski fərman imzalayıb

Ukraynanın daha 4 yaşayış məntəqəsinə “qəhrəman şəhər” fəxri adı verilib.

AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.

Fərmana əsasən, “qəhrəman şəhər” fəxri adı Kiyev vilayətinin Buça, İrpen şəhərləri, həmçinin Nikolayev vilayətinin eyniadlı şəhəri və Sum vilayətinin Axtırka şəhərlərinə verilib.

Qeyd edək ki, daha öncə V.Zelenski Xarkov, Çerniqov, Mariupol, Qostomel, Volnovaxa və Xersona da “qəhrəman şəhər” fəxri adını verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş