Ərdoğan Türkiyənin Aİ-yə qəbul edilməməsi ilə bağlı danışıb
"Ukraynanın Aİ-yə daxil olması üçün göstərilən səyləri yüksək qiymətləndiririk”.
AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Amma mən Aİ üzvlərindən soruşuram: Siz niyə hələ də Türkiyəni Aİ-yə qəbul etməyə tərəddüd edirsiniz? Ukrayna ilə bağlı göstərdiyiniz həssaslığı Türkiyə üçün də göstərin. Yoxsa kimsə Türkiyəyə hücum etsə, Türkiyəni gündəmə gətirəcəksiniz?", - deyə dövlət başçısı bildirib.