Ukraynalıların 90 faizindən çoxu Zelenskinin addımlarını dəstəkləyir - SORĞU

Dünya

28.02.2022 - 03:47

Həkimlər Klinikalar SEO Xidməti

Prezidentin siyasətindən 6 faiz əhali narazıdır

Ukrayna Prezidenti Volodimir Zelenskinin addımını ölkə əhalisinin 90 faizdən çoxu dəstəkləyir. AYNA “Unian.net” saytına istinadən bildirir ki, bu, Reytinq Sosioloji Qrupunun 26-27 fevral 2022-ci il tarixlərində keçirdiyi sorğunun məlumatlarıdır.

Sorğunun nəticələrinə görə, ukraynalıların 91 faizi Zelenskinin addımlarını dəstəkləyir, 6 faiz isə dəstəkləmir. Sorğuda suala cavab verməkdə çətinlik çəkənlər 3faiz olub.

Reytinq təşkilatı qeyd edir ki, 2021-ci ilin dekabrından Ukrayna Prezidentinin addımlarına dəstək üç dəfə artıb.

Sorğu işğalda olan Krım və Donbass əraziləri istisna olmaqla, bütün regionlarda yaşı 18-dən yuxarı olan iki min respondent arasında keçirilib.

Sorğu CATI üsuli ilə baş tutub (Computer Assisted Telephone Interviews - kompüterdən istifadə etməklə - telefonla müsahibələr). Sorğunun etibarlılığı 95 faiz, etibarsızlığı isə 2,2 faiz hesab olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş