Ukraynalı futbolçu “Zenit”dən ayrılıb

İdman

03.03.2022 - 03:17

Həkimlər Klinikalar SEO Xidməti

Rakitski: "Mən ukraynalıyam! Ukraynaya sülh! Müharibəni dayandırın!"

Ukrayna millisinin sabiq futbolçusu Yaroslav Rakitski Rusiyanın "Zenit" klubundan ayrılıb. AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq klubunun mətbuat xidməti rəsmi məlumat yayıb.

Bildirilib ki, Rakitskinin "Zenit"lə müqaviləsi Yaroslavın xahişi ilə çətin ailə vəziyyəti səbəbindən ləğv edilib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsi günü Rakitski İnstaqram səhifəsində yazıb:

"Mən ukraynalıyam! Ukraynaya sülh! Müharibəni dayandırın!"

Daha sonra Yaroslav öz oxucuları arasında ukraynalı müğənni Monatikin müharibəni dayandırmağa çağırdığı videonu yayıb.

Xatırladaq ki, 32 yaşlı Rakitski 2019-cu ilin yanvarında "Şaxtyor"dan on milyon avroya "Zenit"ə keçib.

Qeyd edək ki, müharibə başlayandan sonra Andrey Voronin baş məşqçinin köməkçisi kimi çalışdığı Moskva “Dinamo”su ilə müqaviləni dərhal ləğv edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş