Ukraynadan təxliyə edilən vətəndaşlar üçün qayıdış şəhadətnaməsi rüsumsuz olacaq

Xəbərlər

05.03.2022 - 16:15

Həkimlər Klinikalar SEO Xidməti

Ukraynadan vətəndaşlarımızın təxliyəsi davam edir

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Ukraynadan təxliyə edilən vətəndaşlara qayıdış şəhadətnamələrinin rəsmiləşdirilməsinə dair məlumat yayıb.

XİN-in Mətbuat xidməti idarəsindən AYNA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Hökumətinin qərarına uyğun olaraq, Ukraynadakı vəziyyətlə əlaqədar üçüncü ölkələr vasitəsilə təxliyə edilən Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə maneəsiz səfər edə bilmələri üçün həmin şəxslərə Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri 03 mart 2022-ci il tarixdən etibarən rüsumsuz rəsmiləşdiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş