Smirnov il yarım ərzində bir milyon dollar dəyərində əmlak əldə edə bilib
Ukraynanın Odessa vilayətinin Yujnı şəhərinin deputatı olan hərbi komissarlığın əməkdaşı Yeqor Smirnov cəbhəyə göndərilib. AYNA xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri yazıb.
Məlumata görə, o, əvvəllər rüşvət almaqda ittiham olunub. Eyni zamanda, onu korrupsiyada ittiham edənlərə Ukrayna ordusuna çağırış vərəqəsi verib.
“Strana.ua” keçmiş xalq deputatı İqor Mosiyçuka istinadən yazır ki, Smirnov il yarım ərzində bir milyon dollar dəyərində əmlak əldə edə bilib. O, mənzil, avtomobil və şəxsi dayanacaq sahibi olub.
Smirnov Yuliya Timoşenkonun "Batkivşina" Partiyasından deputatdır və Şəhər Şurasında torpaq komissiyasının üzvüdür.
Mediada yayılan ittihamlardan sonra Smirnov və onun iki şəriki Ukrayna ordusuna xidmətə göndərilib.