Ukraynada həlak olan azərbaycanlı snayperin nəşi ölkəmizə gətirilib

Xəbərlər

10.04.2022 - 19:14

Həkimlər Klinikalar SEO Xidməti

Alik ləqəbi ilə tanınan mərhum Goranboy rayonunda torpağa tapşırılacaq

Ukraynada həlak olan snayper Elnur Həsənovun nəşi ölkəmizə gətirilib, ailəsinə təhvil verilib. AYNA xəbər verir ki, Rusiya- Ukrayna müharibəsində iştirak edən 29 yaşlı Elnur Elşən oğlu Həsənov martın 27-də paytaxt Kiyev yaxınlığında öldürülüb.

O, Kəlbəcər rayon Cəmilli kənd qeydiyyatında olub, Goranboy rayonun Qarasüleymanlı kəndində müvəqqəti məskunlaşıb.

APA-nın məlumatına görə, mərhumun nəşi günorta saatlarında ölkəmizə gətirilib. Ukraynada mərhumla təntənəli vida mərasimi keçirilib, mərasimdə Ukrayna dilində Azərbaycan himni səsləndirilib. Elnur Həsənov İrpen istiqamətində “Karpat Seçi” könüllü batalyonunun tərkibində döyüşüb. Alik ləqəbi ilə tanınan mərhum Goranboy rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, mərhum ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır, ailəli olub, iki övladı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş