Döyülən polislərdən biri xəstəxanaya yerləçdirilib
Ukraynanın Çerniqov şəhərində bir qrup yeniyetmə polis əməkdaşını döyərək öldürüb. AYNA xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının 2 əməkdaşı 24 saat işləyən supermarketlərdən birində bir qrup gənc tərəfindən vəhşicəsinə döyülüb. Nəticədə polislərdən biri ölüb, digəri xəstəxanadadır.
Hadisə zamanı hər iki polis əməkdaşı məzuniyyətdə olduqları üçün mülki geyimdəymişlər.
Hadisə ilə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Altı şübhəli saxlanılıb. Hadisənin səbəbləri barədə məlumat verilməyib.