Ukrayna XİN: “Hücuma hazırlaşmırıq, amma…”

Dünya

07.04.2021 - 12:21

Həkimlər Klinikalar SEO Xidməti

Dmitri Kuleba: “Əsgərimiz öldürülürsə, özümüzü müdafiə etmək hüququmuz var”

 

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ordularının Donbassa atəş açmasının səbəblərini açıqlayıb. AYNA-nın xəbərinə görə, nazir bildirib ki, ölkəsi qarşıdurma istəmir.

 

“Biz münaqişənin siyasi və diplomatik həllinə sadiqik. Yalnız əsgərlərimiz üçün bir təhlükə yaranarsa və ya onlara hücum edilsə, atəş açacağıq”, - Kuleba qeyd edib.

 

Onun sözlərinə görə, Kiyev atəşkəsə əməl edir: “Amma Moskvada nələrsə dəyişdi. Bizə gəldikdə, adi hərbi rotasiyalar yerinə yetirilir. Hücuma keçmək məqsədi ilə heç bir möhkəmləndirmə aparmırıq. Ancaq əsgərimiz öldürülürsə, özümüzü müdafiə etmək hüququmuz var”.

 

Kuleba vurğulayıb ki, aprelin əvvəlindən Donbassda başlayan silahlı qarşıdurma son illərin ən böyüyüdür və baş verənlərdə günahkar Rusiyadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş