Ukrayna XİN başçısı Rusiyanı təhdid etdi: “Baha başa gələcək”

Dünya

13.04.2021 - 18:18

Dmitri Kuleba: “Biz 2014-cü ildəki səhvimizin qarşısını almağa çalışacağıq”

 

“Rusiyanın hər hansı bir ehtiyatsız addımı və ya yeni bir zorakılıq aktı ona baha başa gələcək”. AYNA "İnterfaks-Ukrayna"ya istinadən bildirir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

 

Nazir bildirib ki, Rusiya sürətlə hərəkət etməyə və Krımda və Donbasdakı hərbi hədəflərini həyata keçirməyə cəhd edərsə, 2014-cü ildə edilən səhv təkrarlanmayacaq: “Biz 2014-cü ildəki səhvimizin qarşısını almağa çalışacağıq. Rusiya ehtiyatsızlıq edərsə, şiddət göstərərsə, bu, baha başa gələcək”.

 

Qeyd edək ki, Ukraynanın Donbass bölgəsində vəziyyət mart ayının sonlarında daha da gərginləşdi. Özünü “dövlət” elan edən Donetsk və Luqansk separatçıları atəşkəsi intensiv şəkildə pozmağa başladılar. Bu fonda Ukrayna Müdafiə Nazirliyi Rusiyanı dövlət sərhədləri yaxınlığında hərbi varlığını artırmaqda günahlandırır.

Müəllif: Ayna.az