Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Dünya

26.03.2022 - 13:29

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyanın 16 mindən çox canlı qüvvə itirdiyi bildirilir

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.

Qeyd edilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 575 tankı, 1640 zirehli döyüş maşını, 293 artilleriya sistemi, 91 reaktiv yaylım atəş sistemi, 51 havadan müdafiə sistemi, 117 hərbi təyyarəsi, 127 helikopteri,1131 avtomobil texnikası, 7 gəmi/kater, 73 yanacaq çəni, 56 dronu, 2 OTRK / TRK / mobil SRBM sistemi, 19 xüsusi avadanlığı məhv edilib.

 

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 16400-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş