Ukrayna Rusiya ilə ticarət əlaqələrini dayandırır

Dünya

10.04.2022 - 02:33

Həkimlər Klinikalar SEO Xidməti

Qadağa illik ən azı 6 milyard dollar valyuta gəlirinin qarşısını alacaq

Ukrayna Rusiya ilə ticarət əlaqələrini dayandırır. AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin birinci müavini Yuliya Sviridenko milli informasiya marafonunun efirində bildirib.

Onun sözlərinə görə, ticarət əlaqələrinin dayandırılması Rusiyaya hər il təxminən 6 milyard dollara başa gələcək.

"Rusiyanın idxalına qoyulan qadağa illik ən azı 6 milyard dollar valyuta gəlirinin qarşısını alacaq. Bu o deməkdir ki, onların büdcəsi bu vəsaitləri almayacaq və müharibəni maliyyələşdirmək üçün istifadə edə bilməyəcək", - Sviridenko deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş