Ukrayna Qərbdən F-16 qırıcıları gözləyir

Dünya

16.05.2023 - 14:59

“Kiyev F-16 qırıcılardan üç-dörd eskadra qurmağı planlaşdırır”

Ukrayna 16 Qərb ölkəsindən 40-50 ədəd F-16 qırıcı təyyarəsi almağa ümid edir. AYNA xəbər verir ki, bu barədə “Politico” nəşri Ukrayna müdafiə nazirinin müşaviri Yuri Saka istinadla məlumat yayıb.

Saka bildirib ki, Kiyev F-16 qırıcılardan üç-dörd eskadra qurmağı planlaşdırır: “Hazırda Rusiya təyyarələrinin qarşısını almaq üçün Ukraynanın əlində vasitə yoxdur. Mövzunun müzakirə üçün yetişdiyini hər kəs başa düşür. Heç kim bunun mümkünsüzlüyü barədə danışmır”.

“Üç ay öncə tank almağa çalışdığımız dövrlə müqayisə etsək, bu gün hamı qırıcı koalisiyasından danışır. Bu, çox ümidverici haldır. Bizim hava hücumundan müdafiə qüvvələrimiz F-16 təyyarələri olmadan naqis qalacaq”, - deyə Sak bildirib.

Müəllif: Ayna.az