Ukrayna ordusu Rusiyaya məxsus texnikaları məhv edib

Dünya

09.08.2022 - 08:48

Rusiya ordusunun 23 hərbçisi zərərsizləşdirilib

Ukraynanın cənubunda əməliyyat vəziyyəti gərgin olaraq qalır. AYNA-nın xəbərinə görə, bu barədə Pivden Operativ komandanlığı məlumat yayıb.

Komandanlıq bildirir ki, ötən sutka Ukraynanın cənubunda Rusiyaya məxsus 1 ədəd Pansir zenit-raket kompleksi, 1 ədəd T-72 tankı, özüyeriyən artilleriya qurğuları məhv edilib. Sutka ərzində Rusiya ordusunun 23 hərbçisi zərərsizləşdirilib.

Müəllif: Ayna.az